​25 yaşlı azərbaycanlı 1 ildə iki dəfə Rusiyadan xaric edilib

​25 yaşlı azərbaycanlı 1 ildə iki dəfə Rusiyadan xaric edilib O bu müddət ərzində oğurluq etməyə macal tapıb
Hadisə
20 Mart , 2015 07:19
​25 yaşlı azərbaycanlı 1 ildə iki dəfə Rusiyadan xaric edilib

Bakı. 20 mart. REPORT.AZ/ 25 yaşlı Azərbaycan vətəndaşı təqribən 1 il ərzində iki dəfə Ryazan vilayətində saxlanılaraq Rusiyadan xaric edilib.

"Report" ölkənin Məhkəmə Pristavları Federal Xidmətinin regional İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu müddət ərzində həmyerlimiz oğurluq etməyə və cərimə ödəməyə macal tapıb.

Gənc oğlan ilk dəfə 2014-cü ilin yanvar ayında ölkəsinə göndərilib. Məntiqə görə, o, beş il ərzində Rusiya ərazisində görünə bilməzdi.

Lakin 10 aydan sonra pristavlar yenidən onun adını borclular siyahısında görüblər. Bu dəfə soydaşımız ikiqat cərimə olunub: qalma rejimini yenidən pozub və oğurluq edib və bunlara görə 90 min rubl ödəyib.

Həmyerlimiz cəriməsini ödədikdən sonra cari ilin fevral ayının sonunda yenidən Rusiya ərazisindən çıxarılıb. Bu dəfə azərbaycanlı təyyarə biletini özü alıb.

Son xəbərlər

Orphus sistemi