Bakıda 21 yaşlı gənc dənizdə batıb

Bakıda 21 yaşlı gənc dənizdə batıb Mərhumun cəsədi batdığı yerdən təxminən, 400 metr məsafədən tapılaraq sudan çıxarılıb
Hadisə
28 İyun , 2015 12:30
Bakıda 21 yaşlı gənc dənizdə batıb

Bakı. 28 iyun. REPORT.AZ/ Bakıda 21 yaşlı gənc dənizdə batıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən, 700 m solda, nəzarət olunmayan ərazidə) 1994-cü il təvəllüdlü Məmmədov Pərviz Nazim oğlu batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

P. Məmmədovun cəsədi batdığı yerdən təxminən, 400 metr məsafədən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi