Azərbaycana gətirilməsi üçün gizlədilmiş 120 qutuda 3000 ədəd pirotexniki vasitə aşkarlanıb

Azərbaycana gətirilməsi üçün gizlədilmiş 120 qutuda 3000 ədəd pirotexniki vasitə aşkarlanıb Külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb
Hadisə
1 Sentyabr , 2015 13:59
Azərbaycana gətirilməsi üçün gizlədilmiş 120 qutuda 3000 ədəd pirotexniki vasitə aşkarlanıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları qabaqlayıcı əməliyyat məlumatları əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a DSK-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, avqustun 23-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycana gətirilməsi üçün sərhədboyu zolaqda gizlədilmiş 120 qutuda 3000 ədəd, avqustun 30-da isə rayonunun Dəmir­təpə adlanan ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini 1990-cı il təvəllüdlü Zülfüqarov Natiq Nəbi oğluna məxsus yataqda gizlədilmiş 17 ədəd bağlamada 5 adda 4411 ədəd Çin istehsalı olan pirotexniki vasitə aşkar edilərək götürülüb.

Bundan əlavə, avqustun 30-da Şıxlı buraxılış məntəqəsində Ağcabədi rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Eldar İmran oğlu Azərbaycanda qeydiyyatda olan avtomobilə məxsus texniki pasportla və AZ 99-NF-844 dövlət nömrə nişanını Gürcüstanda qeydiyyatda olan “Mersedes-Benz” markalı avtomobilin üzərinə bağlayaraq dövlət sərhədindən keçirərkən saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi