​Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

​Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib 10 nəfər sakin təhlükəsiz yerə təxliyə edilib
Hadisə
25 Mart , 2015 08:04
​Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı. 25 mart. REPORT.AZ/ Səhər saatlarında paytaxtın Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, hadisə nəticəsində binanın pilləkən qəfəsinin altında yığılmış məişət tulantıları, istifadəsiz avtomobil ehtiyat hissələri, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 6 ədəd qaz sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər sakin təhlükəsiz yerə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:48-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi