Bakı sakinini qısqanclıq üstündə bıçaqlayan şəxsə 10 il həbs cəzası verilib

Bakı sakinini qısqanclıq üstündə bıçaqlayan şəxsə 10 il həbs cəzası verilib Prosesdə hökm oxunub
Hadisə
13 Yanvar , 2016 12:18
Bakı sakinini qısqanclıq üstündə bıçaqlayan şəxsə 10 il həbs cəzası verilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Maarif Babayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayının 11-də Binə qəsəbəsi Bünyadzadə küçəsində baş verib. 1981-ci il təvəllüdlü Maarif Babayev qəsəbə sakini 1980-ci il təvəllüdlü Rauf Razayevi qısqanclıq zəminində bıçaqlayıb. Belə ki, o, qeyri-rəsmi nikahda yaşadığı qadını R.Razayevlə görüb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayev tutulub.

O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq), 185.3.3-cü (avtomobil və başqa nəqliyyat vasitələrini talama məqsədi olmadan ələ keçirmə), 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi