10 ət kəsimi məntəqəsinin fəaliyyəti dayandırılıb

10 ət kəsimi məntəqəsinin fəaliyyəti dayandırılıb Yoxlamaların bundan sonra da davam etdiriləcəyi bildirilir
Hadisə
20 İyul , 2015 14:42
10 ət kəsimi məntəqəsinin fəaliyyəti dayandırılıb

Bakı. 20 iyul. REPORT.AZ/ Bərdə və Yevlax rayonlarında 10 ət kəsimi məntəqəsinin fəaliyyəti dayandırılıb. Bu barədə "Report"a Yevlax Rayon Baytarlıq İdarəsinin rəisi Vaqif Kərimov məlumat verib. O qeyd edib ki, havaların istiləşməsi ilə əlaqədar rayonlarda ət kəsimi məntəqələrinə nəzarət artırılıb. 

Rəis xatırladıb ki, ət kəsimi yerləri baytarlar tərəfindən vaxtaşırı yoxlanılır: "Yoxlamalar zamanı sanitar normaların pozulması halları da aşkarlanıb. Bununla bağlı qanun çərçivəsində addımlar atılıb. Yevlaxda 6 ət kəsimi obyektinin fəaliyyəti baytar-sanitar normaların pozulması səbəbindən dayandırılıb. Hazırda onlar fəaliyyət göstərmirlər".

Bərdədə isə 4 analoji obyektin fəaliyyəti dayandırılıb. 

Hər iki rayonda fəaliyyət göstərən ət kəsimi məntəqələrində yoxlamaların bundan sonra da davam etdiriləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi