Zlatan İbrahimoviç şəxsi məhsuldarlıq rekordunu yeniləyib

Zlatan İbrahimoviç şəxsi məhsuldarlıq rekordunu yeniləyib İsveçli hücumçu Avropanın Top-6 Liqasında ən yaxşı bombardirlər siyahısında Luis Suaresə çatıb
Futbol
30 Aprel , 2016 09:25
Zlatan İbrahimoviç şəxsi məhsuldarlıq rekordunu yeniləyib

Bakı. 30 aprel. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviç 2015-2016 mövsümündə şəxsi məhsuldarlıq rekordu müəyyənləşdirib. "Report"un məlumatına görə, isveçli hücumçu bu mövsüm vurduğu qolların sayını 49-a çatdırıb.

Son olaraq, o, ölkə çempionatının XXXVI turunda "Renn"i 4:0 hesabı ilə yendikləri matçda "dubl" edib. 34 yaşlı forvard 2013-2014 mövsümündə 48 qol vura bilmişdi.

İbrahimoviç qollarından 34-nü Fransa I Liqasında vurub. Beləliklə, təcrübəli hücumçu Avropanın Top-6 Liqasında ən yaxşı bombardirlər siyahısında İspaniya "Barselona"sının hücumçusu Luis Suaresə çatıb. İsveçli qolçu məhsuldarlığını 28 oyuna nümayiş etdiribsə, uruqvaylı qolçu 32 qarşılaşmada bu qədər fərqlənə bilib.

34 oyuna 31 top vuran Kriştianu Ronaldu ("Real Madrid", İspaniya) və 32 matçda eyni sayda qola imza atan Jonas ("Benfika", Portuqaliya) ikinci yeri bölüşdürür. Sonrakı pillədə isə 32 qarşılaşmada 30 dəfə fərqlənən Qonsalo İquain ("Napoli", İtaliya) qərarlaşıb.

Qeyd edək ki, Avropa ölkələri çempionatlarının bombardiri "Qızıl buts" alır. 

Son xəbərlər

Orphus sistemi