Zlatan İbrahimoviç kilsəni alaraq, apartamentə çevirib

Zlatan İbrahimoviç kilsəni alaraq, apartamentə çevirib Futbolçu bundan ötrü 4,7 milyon avro xərcləyib
Futbol
11 Mart , 2015 09:42
Zlatan İbrahimoviç kilsəni alaraq, apartamentə çevirib

Bakı. 11 mart. REPORT.AZ/ Fransanın PSJ klubunun və İsveç milli komandasının futbolçusu Zlatan İbrahimoviç Stokholmda Yevangel kilsəsini alıb. "Report"un "Le Parisien"ə istinadən verdiyi məlumata görə, hücumçu 4,7 milyon avro xərcləyib. 

Dördmərtəbəli binanı aldıqdan sonra İbrahimoviç onu apartamentə çevirmək üçün əlavə vəsait ödəyib. 

Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm Fransa çempionatında 19 oyuna 12 qol vurub. 

Son xəbərlər

Orphus sistemi