​Zlatan İbrahimoviç bədəninə ac insanların adını döydürüb

​Zlatan İbrahimoviç bədəninə ac insanların adını döydürüb "Mən sizin diqqətinizi ac insanlara cəlb etmək istəyirəm"
Futbol
17 Fevral , 2015 03:59
​Zlatan İbrahimoviç bədəninə ac insanların adını döydürüb

Bakı. 17 fevral. REPORT.AZ/ Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç bədəninə döydürdüyü böyük sayda tatuları ictimaiyyətin diqqətini dünyadakı aclıq probleminə cəlb etmək cəhdi ilə izah edib.

"Report" "Goal.com"a istinadən xəbər verir ki, isveçli futbolçu Fransa çempionatının son turunda "Kan"a (2:2) qarşı keçirilən oyundan sonra futbolkasını soyunmaqla azarkeşləri kədərləndirib.

"Şənbə günü "Kan"la oyunun sonunda futbolkamı çıxartdıqdan sonra bir çoxları bədənimdəki tatuların anlamını məndən soruşdu. Hazırda mənim bədənimdə aclıqdan əziyyət çəkən 50 real insanın adı var. Tatular silinib gedəcək, problem isə qalacaq. Dünyada 805 milyon insan aclıqdan əziyyət çəkir. Mən həyatımda ilk dəfədir ki, ictimai xeyriyyə aksiyasına qoşuluram. Əminəm ki, biz problemin öhdəsindən gəlmək iqtidarındayıq", - deyə futbolçu bildirib.

Son xəbərlər

Orphus sistemi