Bakı. 21 Fevral. REPORT.AZ/ “PSJ”nin hücumçusu Zlatan İbrahimoviç Liqa 1 çərçivəsində rəqib futbolçunu vurduqu üçün cəzalandırılıb.
"Report"un Sportbox-a istinadla verdiyi məlumata əsasən, yanvarın 25-də “Sent-Etyen”lə görüşün (1:0) sonlarında İbrahimoviç rəqib komandanın oyunçusu Romen Amumaya qəsdən zərbə endirdiyinə görə sarı vərəqə almışdı.
Dünən isə Fransa liqasının disiplinar komitəsinin iclasında futbolçunun 2 oyunluq diskvalifikasiyası haqda qərar qəbul edilib.