Bakı. 17 aprel. REPORT.AZ/ AFFA-nın və “Bakcell” şirkətinin dəstəyi, Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman kompleksində eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Yaz turniri” başa çatıb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin qalibi “Zirvə” komandası olub. İkinci yeri “Şimşək”, üçüncü pilləni isə “Birlik” tutub.
“Zirvə” komandasının üzvləri - Süleyman Osmanlı və Güləli Baxşıyev müvafiq olaraq, ən yaxşı qapıçı və oyunçu seçiliblər. Turnirin ən məhsuldar futbolçusu isə “Şimşək” komandasının üzvü Telman Hüseynov olub.