"Zirə" "Qarabağ"dan ayrılan futbolçu ilə müqavilə bağlayıb

"Zirə" "Qarabağ"dan ayrılan futbolçu ilə müqavilə bağlayıb Klub daha bir futbolçu transfer edib
Futbol
30 Avqust , 2016 14:17
Zirə Qarabağdan ayrılan futbolçu ilə müqavilə bağlayıb

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” klubu daha bir futbolçu transfer edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Cavid Tağıyevlə 2 illik müqavilə imzalanıb.

Tağıyev Tovuzun “Rote Fahne” və “Turan” klubları ilə yanaşı, AZAL-ın da formasını geyinib. Futbolçu son mövsümü “Qarabağ”da keçirib. O, həmçinin futbol üzrə Azərbaycan milli komandasının şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi