Azərbaycan klubuna texniki məğlubiyyət verilib

Azərbaycan klubuna texniki məğlubiyyət verilib Səbəb baş məşqçinin yaş limitini pozmasıdır
Futbol
22 Sentyabr , 2015 13:02
Azərbaycan klubuna texniki məğlubiyyət verilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Zirə" klubunun əvəzedicilərdən ibarət komandasına 0:3 hesablı texniki məğlubiyyət verib. "Report" xəbər verir ki, səbəb V turda keçirilən "Rəvan"la matçda yaş limitinin pozulmasıdır.

Əsasnaməyə görə, komandaların heyətində meydanda 8 nəfərdən az olmayaraq 1994-cü il və ya daha gənc təvəllüdlü (Azərbaycan vətəndaşı) futbolçular daxil edilməlidir. Lakin son oyunda onlardan biri "ixtisar"a salınıb. Bundan başqa oyunöncəsi iclasda "Zirə" klubunun nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimələnib. 

Qeyd edək ki, görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. 

Son xəbərlər

Orphus sistemi