"Zirə" klubu serbiyalı müdafiəçi ilə yeni müqavilə bağlayıb

"Zirə" klubu serbiyalı müdafiəçi ilə yeni müqavilə bağlayıb "Sevinirəm ki, növbəti mövsümdə də bu kollektivlə birgə çalışacağam"
Futbol
13 İyul , 2016 14:43
Zirə klubu serbiyalı müdafiəçi ilə yeni müqavilə bağlayıb

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Zirə” klubu futbolçusu Yovan Krneta ilə yeni müqavilə bağlayıb. "Report"un məlumatına görə, serbiyalı müdafiəçi daha 2 il “qartallar”ın sırasında olacaq. 

Krneta klubun rəsmi saytına açıqlamasında Bakıya qayıtmaqdan məmnunluğunu dilə gətirib: "Sevinirəm ki, növbəti mövsümdə də “Zirə”də oynayacam və bu kollektivlə birgə çalışacağam. Ötən mövsüm gümüş medalları qazandıq. İnanıram ki, bu dəfə də yaxşı çıxış edib beynəlxalq arenada çıxış etmək hüququ qazanacağıq. Komandada bəzi dəyişikliklər olub, ancaq bizim birgə hazırlaşmaq və uyğunlaşmaq üçün vaxtımız var. Yeni oyunçularımızın bacarıqlı olmaları məşqlərdən də hiss olunur". 

"Zirə" bir neçə gün öncə yoxlama matçında “Sumqayıt”la heç-heçə edib - 0:0. Krneta bildirib ki, komandası qol vura bilməsə də, istəkli olub və hər bir futbolçu əlindən gələni etməyə çalışıb: "Bundan sonra da yoxlama oyunlarımız olacaq. Çempionatda yaxşı çıxış etmək üçün qalan vaxtdan maksimum istifadə etməliyik”.

Son xəbərlər

Orphus sistemi