​"Zirə" klubu legioner futbolçu transfer edib

​"Zirə" klubu legioner futbolçu transfer edib Klub heyətini daha bir legioner futbolçu ilə gücləndirib
Futbol
28 İyun , 2016 21:17
​Zirə klubu legioner futbolçu transfer edib

Bakı. 28 iyun. REPORT.AZ/ "Zirə" klubu heyətini daha bir legioner futbolçu ilə gücləndirib. "Report"un klubun rəsmi saytıına istinadən verdiyi məlumata görə, "Zirə" portuqaliyalı Migel Lorenzo ilə müqavilə imzalayıb.

Futbolçu Setubalın "Vitoriya" klubundan bir illik icarə əsasında "qartallar"ın sırasına qoşulub. Bununla yanaşı, "Zirə" növbəti mövsümün sonunda Migeli transfer etmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, "Vitoriya"nın yetirməsi olan 24 yaşlı müdafiəçi Portuqaliyanın bütün aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib. Migel həmçinin, ölkəsinin U-21 yığmasının da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi