Azərbaycanın daha bir klubu Türkiyədə hazırlıq keçəcək

Azərbaycanın daha bir klubu Türkiyədə hazırlıq keçəcək "Zirə" yanvarın 9-da Antalyaya yollanacaq
Futbol
21 Dekabr , 2015 12:27
Azərbaycanın daha bir klubu Türkiyədə hazırlıq keçəcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasındakı qış fasiləsindən istifadə edən "Zirə" klubu da hazırlığını Türkiyədə keçəcək. Klubdan "Report"a verilən məlumata görə, Adil Şükürovun rəhbərlik etdiyi komanda yanvarın 9-da Antalyaya yollanacaq. 

İki həftə ərzində "Zirə" 3 yoxlama görüşü keçirəcək. Sınaqçı rəqiblərin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. Bununla yanaşı, futbolçu Nurlan Novruzovla müqavilə müddətinin uzadılmasına da qərar verilib. Hazırkı anlaşması qışadək olan 22 yaşlı hücumçunun yeni anlaşmasının müddəti hələlik məlum deyil. 

Qeyd edək ki, "Qarabağ", "İnter", "Qəbələ" və "Neftçi" komandalarının da qış təlim-məşq toplanışını Türkiyədə keçirəcəkləri dəqiqləşib.

Son xəbərlər

Orphus sistemi