"Zirə" klubu 5 futbolçu ilə müqavilə müddətini artırıb

"Zirə" klubu 5 futbolçu ilə müqavilə müddətini artırıb 6 futbolçu ilə yollar ayrılıb
Futbol
23 May , 2016 15:26
Zirə klubu 5 futbolçu ilə müqavilə müddətini artırıb

Bakı. 23 may. REPORT.AZ/ "Zirə" klubu 5 futbolçu ilə müqavilə müddətini artırıb. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, bunlar qapıçılar Anar Nəzirov və Kamal Bayramov, yarımmüdafiəçi Elvin Məmmədov, müdafiəçi Aleksandr Şemonayev, hücumçu Nurlan Novruzovdur.

Futbolçuların hər birinin yeni müqaviləsi 1 il müddətinədir. Həmçinin, Nelson Bonilyanın daha bir il "Zirə"də qalmasına qərar verilib. Klub hücumçu ilə ötən il 1+1 il şərti ilə bağlanmış müqavilədə göstərilən hüququndan istifadə edərək anlaşmanı daha birilliyə uzadıb.

Komandadan ayrılan futbolçuların da bəzilərinin adları dəqiqləşib. "Zirə" Rəşad Abdullayev, Ruslan Poladov, Tərzin Cahangirov, Çimezie Mbah, Luis Alberto Diez və Dieqo Souza ilə yollarını ayırıb. Hazırda müqaviləsi başa çatan digər futbolçularla danışıqlar davam edir və yaxın günlərdə onlarla bağlı da açıqlama veriləcək.

Son xəbərlər

Orphus sistemi