"Zirə" daha bir futbolçu ilə müqavilə bağlayıb

"Zirə" daha bir futbolçu ilə müqavilə bağlayıb "Rəvan"dan ayrılan hücumçu 3 illik anlaşmaya imza atıb
Futbol
23 İyun , 2016 17:37
Zirə daha bir futbolçu ilə müqavilə bağlayıb

Bakı. 23 iyun. REPORT.AZ/ "Zirə" klubu heyətini daha bir legionerlə gücləndirib. "Report"un məlumatına görə, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı ötən mövsümü "Rəvan"da keçirmiş Yasin Həmidlə 3 illik müqavilə bağlayıb. 

23 yaşlı hücumçu "Zirə"nin bu gün münasibətlərini rəsmiləşdirdiyi ikinci futbolçu olub. "Qartallar" bundan əvvəl albaniyalı yarımmüdafiəçi Gerhard Proqni ilə 2 illik anlaşma imzalayıb. 

Qeyd edək ki, Ukraynada doğulmuş Yasin Həmid əslən ukraynalıdır. Misir əsilli hücumçu “Xarkov”, “Metallurq” və “Stal” klublarında çıxış edib. 23 yaşlı futbolçu Ukraynanın U-19 yığmasında da forma geyinib. 

Son xəbərlər

Orphus sistemi