​Zidan: "Benzema və Beyla istirahət veririk, Ronaldonun buna ehtiyacı yoxdur"

​Zidan: "Benzema və Beyla istirahət veririk, Ronaldonun buna ehtiyacı yoxdur" "O, yaxşı oynayır və biz onun əvəzlənməsi üçün səbəb görmürük"
Futbol
17 Aprel , 2016 13:09
​Zidan: Benzema və Beyla istirahət veririk, Ronaldonun buna ehtiyacı yoxdur

Bakı. 17 aprel. REPORT.AZ/ İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidan qeyd edib ki, heyətin rotasiyası zamanı o, lider Kriştiano Ronaldonu əvəzləməyi planlaşdırmır.

"Report"un məlumatına görə, müxətəssis hesab edir ki, portuqaliyalı futbolçunun oyunların gedişində əvəzlənməyə ehtiyacı yoxdur və fiziki durumu ona çox sayda matç keçirməyə imkan verir.

"Biz vaxtaşırı Benzema və Beyla istirahət veririk, amma Ronaldoya yox. O, yaxşı oynayır və biz onun əvəzlənməsi üçün səbəb görmürük. Gücü və hazırkı durumu onun karına yetir", - deyə AS nəşri Zidanın sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi