Azərbaycanlı referi 19 yaşadək futbolçular arasında Avropa çempionatının final matçını idarə edib

Azərbaycanlı referi 19 yaşadək futbolçular arasında Avropa çempionatının final matçını idarə edib Oyundan sonra Əliyar Ağayevə medal təqdim edilib
Futbol
25 İyul , 2016 01:25
Azərbaycanlı referi 19 yaşadək futbolçular arasında Avropa çempionatının final matçını idarə edib

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 19 yaşadək futbolçular arasında Avropa çempionatının final matçını idarə edib. 

"Report"un məlumatına görə, həlledici qarşılaşmada Fransa ilə İtaliya yığmaları üz-üzə gəlib.

Zinshaym şəhərindəki "Rhein-Neckar-Arena”da keçirilmiş qarşılaşma Fransa millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Qolları Jan-Kevin Oqusten (dəq. 6), Lüdovik Bla (dəq. 19), Luka Tusar (dəq. 82) və İssa Diop (dəq. 90+2) vurub. Ağayev oyun ərzində qalib komandadan 2, məğlublardan isə 5 futbolçuya sarı vərəqə göstərib.

Oyundan sonra təşkil olunan mükafatlandırma mərasimində azərbaycanlı referiyə və onun briqadasına medal təqdim olunub.

Son xəbərlər

Orphus sistemi