Bakı. 3 may. REPORT.AZ/ Zaqreb “Dinamo”su çempionatın bitməsinə dörd tur qalmış səfərdə “Split”i 5:1 hesabı ilə darmadağın edərək ardıcıl 10-cu dəfə Xorvatiya çempionu olub.
“Report” xəbər verir ki, “göylər” bu qələbədən sonra xallarının sayını 80-ə çatdırıb, ikinci yerdə qərarlaşan “Rieka”nın isə 65 xalı var və rəqibinə çatmaq şansları yoxdur.
“Dinamo”, həmçinin klub tarixi ərzində bu titula 17-ci dəfə yiyələnmiş olub.