Bakı. 22 iyul. REPORT.AZ/ Xorvatiyanın Zaqreb şəhərini təmsil edən "Dinamo" klubunun yarımmüdafiəçisi Marko Pyatsa İtaliyanın "Yuventus" komandasına keçib.
"Report" xəbər verir ki, transferin məbləği 23 milyon avro təşkil edir.
Futbolçu ilə müqavilə 5 il müddətinə nəzərdə tutulub. Marko Pyatsa, həm də Xorvatiya millisinin futbolçusudur.