​"Yuventus" İtaliya Kubokunun qalibi olub - VİDEO

​"Yuventus" İtaliya Kubokunun qalibi olub - VİDEO Komanda finalda "Latsio"nu məğlub edib
Futbol
21 May , 2015 03:39
​Yuventus İtaliya Kubokunun qalibi olub - VİDEO

Bakı. 21 may. REPORT.AZ/ Roma şəhərinin "Olimpiko" stadionunda futbol üzrə İtaliya Kubokunun final matçı oynanılıb.

"Report" xəbər verir ki, finalda Turin təmsilçisi "Yuventus" "Latsio" üzərində 2:1 hesabı ilə qələbə qazanaraq Kuboka sahib çıxıb.

Görüşdə əsas hissə heç-heçə başa çatdığından əlavə dəqiqələr oynanılıb və turinlilər 97-ci dəqiqədə qələbə topunu vura biliblər.

Bununla "Yuventus" öz tarixi ərzində 10-cu, 1995-ci ildən bu yana isə ilk dəfə İtaliya kubokunu qazanmış olub.

İtaliya Kuboku. Final

"Yuventus" (Turin) – "Latsio" (Roma) – 2:1(əlavə dəqiqələr)

Qollar: Radu, 4 (0:1); Kyellini, 11 (1:1); Matri, 97 (2:1).

Son xəbərlər

Orphus sistemi