Yuri Syomin "Qəbələ"nin təklifini qəbul etməsinin səbəbini açıqlayıb

Yuri Syomin "Qəbələ"nin təklifini qəbul etməsinin səbəbini açıqlayıb "Bir var Andrey Şevçenko ilə işləyəsən, bir də var daha aşağı səviyyəli futbolçularla"
Futbol
29 Aprel , 2015 12:12
Yuri Syomin Qəbələnin təklifini qəbul etməsinin səbəbini açıqlayıb

Bakı. 29 aprel. REPORT.AZ/ "Səyahətlərdən bezdiyimdən və işləmək istədiyimdən, sadə təklifi qəbul etdim. Hamı məni buna görə qınayırdı. Elə də yüksək səviyyəli olmayan liqaya - Azərbaycana getdiyim üçün qınayırdılar. Amma mənə, sadəcə, işləmək maraqlı idi". "Report"un məlumatına görə, bunu Rusiyanın "Mordoviya" klubunun hazırkı baş məşqçisi Yuri Syomin "Qəbələ" komandasındakı fəaliyyəti barədə danışarkən deyib. 

Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycan klubunda işi maraqlı alınıb: "Mənə maraqlı idi ki, baş məşqçi kimi bu oyunçulara xeyir verməyə qadirəmmi? Bir var Andrey Şevçenko ilə işləyəsən, bir də var daha aşağı səviyyəli futbolçularla. Məndən sonra daha yaxşı çıxış etdilərmi? Bu amil də böyük rol oynadı. Məncə, buna nail oldum".

Y.Syominin fikrincə, baş məşqçi həm yüksək, həm də daha aşağı səviyyəli oyunçularla işləməyi bacarmalıdır: "Futbol eynidir. Yavaş-yavaş öyrətmək lazımdır ki, hər biri daha yaxşı formaya düşsün".

Qeyd edək ki, Yuri Syomin "Qəbələ"də 2013-2014-cü il mövsümündə çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, Azərbaycan Kubokunun isə finalçısı olaraq, Avropa Liqasına vəsiqə qazanıb. Hazırda komandaya ukraynalı Roman Qriqorçuk başçılıq edir.  

Son xəbərlər

Orphus sistemi