Yuri Syomin "Anji"nin baş məşqçisi postunu tərk etməyə hazırdır

Yuri Syomin "Anji"nin baş məşqçisi postunu tərk etməyə hazırdır "Nə vaxt qovulacağımı özüm də bilmirəm"
Futbol
19 Sentyabr , 2015 16:09
Yuri Syomin Anjinin baş məşqçisi postunu tərk etməyə hazırdır

Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiyanın "Anji" klubunun baş məşqçisi Yuri Syomin tezliklə istefa verə bilər. "Report"un məlumatına görə, bu barədə 68 yaşlı mütəxəssis Mahaçqala komandasının "Rostov"a 0:1 hesablı səfər məğlubiyyəti ilə nəticələnən Premyer Liqanın IX tur matçından sonra açıqlama verib.

Syomin bildirib ki, komandaya gələn baş məşqçi qovulacağını da anlamalıdır: "Nə vaxt qovulacağını heç kim bilmir. Elə mən özüm də. Bəlkə sabah, bəlkə birisi gün..."

Hazırda "Anji" 1 qələbə və 5 xalla 16 komanda arasında 14-cü pillədə qərarlaşıb. Təcrübəli mütəxəssis uğursuz nəticələri ələ düşən imkanlardan yararlana bilməmələri ilə izah edib.

Qeyd edək ki, Yuri Syomin 2013-2014 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. Onun rəhbərliyi altında "qırmızı-qaralar" tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub, Avropa Liqasına vəsiqə qazanıb. 

Son xəbərlər

Orphus sistemi