Yozef Blatter: "Öz adımı təmizə çıxarmaq istəyirəm"

Yozef Blatter: "Öz adımı təmizə çıxarmaq istəyirəm" "Bu proses aprelin sonunadək baş verməlidir"
Futbol
10 Mart , 2016 15:22
Yozef Blatter: Öz adımı təmizə çıxarmaq istəyirəm

Bakı. 10 mart. REPORT.AZ/ FİFA-nın sabiq prezidenti Yozef Blatter İdman Arbitraj Məhkəməsinin (CAS) aprelin sonunadək ona bəraət verəcəyinə ümid edir. "Report"un məlumatına görə, bu barədə isveçrəli funksioner "Blick" nəşrinə açıqlamasında deyib.

O, adının təmizə çıxmasını istədiyini bildirib: "İndi mənə lazım olan CAS-ın bəraət verməsidir. Bu proses aprelin sonunadək baş verməlidir. Öz adımı təmizə çıxartmaq istəyirəm".

Qeyd edək ki, FİFA-nın Etika Komitəsi Yozef Blatter və UEFA prezidenti Mişel Platinini tutduqları vəzifələrdən 8 il müddətinə uzaqlaşdırıb. Daha sonra Apellyasiya Komitəsi funksionerlərin cəza müddətini 6 ilə endirib.

Son xəbərlər

Orphus sistemi