Yaponiya çempionatının oyunları zəlzələ səbəbindən təxirə salınıb

Yaponiya çempionatının oyunları zəlzələ səbəbindən təxirə salınıb Baş tutmayan qarşılaşmalar Kyuşu adalarındakı stadionlarda keçirilməli idi
Futbol
16 Aprel , 2016 09:01
Yaponiya çempionatının oyunları zəlzələ səbəbindən təxirə salınıb

Bakı. 16 aprel. REPORT.AZ/ Futbol üzrə Yaponiya çempionatının müxtəlif divizionlarındakı 4 oyun təxirə salınıb. "Report"un məlumatına görə, buna ölkənin cənub-qərbindəki titrəyişlər səbəb olub.

Baş tutmayan qarşılaşmalar Kyuşu adalarındakı stadionlarda keçirilməli idi. Amma bu adada iki gündür güclü yeraltı təkanlar baş verir.

Qeyd edək ki, ötən gecə Yaponiyanın cənub-qərbində 7,3 və 7,1 bal gücündə güclü zəlzələlər baş verib. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 28 nəfər ölüb, 800-dən çox insan yaralanıb. Hazırda "afterşok"lar davam edir. Yeraltı təkanlar hər 10 dəqiqədən bir baş verir.

Son xəbərlər

Orphus sistemi