Xosep Qvardiola gələn ilin yayından "Mançester Siti"yə rəhbərlik edəcək

Xosep Qvardiola gələn ilin yayından "Mançester Siti"yə rəhbərlik edəcək 44 yaşlı mütəxəssis "Bavariya"dan ayrılır
Futbol
27 İyul , 2015 09:37
Xosep Qvardiola gələn ilin yayından Mançester Sitiyə rəhbərlik edəcək

Bakı. 27 iyul. REPORT.AZ/ Almaniya "Bavariya"sının baş məşqçisi Xosep Qvardiola İngiltərənin "Mançester Siti" futbol komandasına rəhbərlik etməyə razılıq verib. "Report"un "beinsports"a istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssislə anlaşma 2016-cı ilin yayından qüvvəyə minəcək. 

Onun hazırkı müqaviləsi məhz həmin vaxt başa çatacaq. 

Qeyd edək ki, Xosep Qvardiola "Bavariya"ya 2013-cü ildən rəhbərlik edir. Münhen komandası onun rəhbərliyi altında Almaniya çempionluğu, ölkə kuboku, Avropa Super Kuboku və klublararası dünya çempionluğu qazanıb. 

Son xəbərlər

Orphus sistemi