​Xorvatiyanın "Hayduk" klubu Ruslan Qurbanovun keçidini açıqlayıb

​Xorvatiyanın "Hayduk" klubu Ruslan Qurbanovun keçidini açıqlayıb 23 yaşlı hücumçu cari mövsümün sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək
Futbol
19 Fevral , 2015 13:45
​Xorvatiyanın Hayduk klubu Ruslan Qurbanovun keçidini açıqlayıb

Bakı. 19 fevral. REPORT.AZ/ Xorvatiya "Hayduk"u Azərbaycanın "Neftçi" klubunun futbolçusu Ruslan Qurbanovun keçidini rəsmən açıqlayıb. "Report"un məlumatına görə, 23 yaşlı hücumçu cari mövsümün sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək.

Amma sonradan müqavilə müddəti 2 il uzadıla bilər. "Hayduk"un heyətində 7 nömrəli forma ilə çıxış edəcək R.Qurbanov klubun rəsmi saytına açıqlama verib. O, ön xətdə çıxış etməsinə baxmayaraq, sol cinahda oynamaqdan xoşu gəldiyini deyib: "Yeni komandamın böyük klub olduğunu bilirəm. Klub rəhbərliyi mənə inanıb. Çalışacağam ki, bu etimadı doğruldum".

Qeyd edək ki, Ruslan Qurbanov müqavilə ilə "Neftçi"yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi