Xorvatiyalı azarkeşlər federasiyanın xəbərdarlığına baxmayaraq Bakıya gəliblər - FOTO

Xorvatiyalı azarkeşlər federasiyanın xəbərdarlığına baxmayaraq Bakıya gəliblər - FOTO Azərbaycan-Xorvatiya görüşü bu gün saat 21:00-da "Bakcell Arena"da keçiriləcək
Futbol
3 Sentyabr , 2015 19:06
Xorvatiyalı azarkeşlər federasiyanın xəbərdarlığına baxmayaraq Bakıya gəliblər - FOTO

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bir qrup xorvatiyalı azarkeş Azərbaycana gəlib. "Report"un məlumatına görə, onlar Xorvatiya Futbol İttifaqının xəbərdarlığına rəğmən bu addımı atıblar.

Qeyd edək ki, bu gün saat 21:00-da "Bakcell Arena"da AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycan və Xorvatiya yığma komandaları qarşılaşacaq.

Bundan əvvəl Xorvatiya Futbol İttifaqı (HNS) Azərbaycan və Norveç yığmaları ilə oyunöncəsi azarkeşlərə xəbərdarlıq edərək, onlardan tribunalarda hər hansı yolverilməz hərəkət etməmələrini istəyib: "Bakıdakı görüşdə təhlükəsizliyi polislər yox, hərbçilər qoruyacaqlar. Onlar isə tribunadakı qığılcıma belə dözümsüzdürlər. Norveçdə isə çaxnaşmaların qarşısını almaq üçün xüsusi avadanlıqlar var. Biz hər bir fanatımıza ölkəmizi ən layiqli səviyyədə təmsil etməli olduqlarını xatırlatmaqda borc bilirik".

Xatırladaq ki, Xorvatiya millisinin iyunun 12-də İtaliya ilə seçmə oyunu zamanı meydançada faşizmin simvolu olan svastika işarəsi çəkilib. Bu səbəbdən UEFA HNS-i 100 min avro cərimələyib, yığmanın qarşıdakı 2 ev oyununu azarkeşsiz keçirməsinə və 1 xalının silinməsinə qərar verib. 

Son xəbərlər

Orphus sistemi