"Xəzər Lənkəran" və "Neftçi" komandaları arasındakı oyunların stadionları müəyyənləşib

"Xəzər Lənkəran" və "Neftçi" komandaları arasındakı oyunların stadionları müəyyənləşib Prinsipial rəqiblər "Dalğa Arena"da qarşılaşacaqlar
Futbol
18 Noyabr , 2014 12:28
Xəzər Lənkəran və Neftçi komandaları arasındakı oyunların stadionları müəyyənləşib

Bakı. 18 noyabr. REPORT.AZ/ Topaz Premyer Liqasının XIII turunda "Xəzər Lənkəran"la "Neftçi" klublarının əsas və əvəzedici komandaları arasında keçiriləcək oyunların stadionları müəyyənləşib. "Report"un məlumatına görə, cənub klubu əzəli rəqibini noyabrın 24-də Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da qəbul edəcək. 

Əvəzedici heyətlər arasındakı görüş isə noyabrın 23-də "Bayıl Arena"da təşkil olunacaq. 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın ev oyunlarını Bakıda keçirməsinə səbəb Lənkəran şəhər mərkəzi stadionunun ot örtüyündə təmir işlərinin aparılmasıdır. Cənub klubu daha öncə "Neftçi"yə ev sahibi olmağı və görüşü paytaxt klubunun sifariş etdiyi "Bakcell Arena"da keçirməyi təklif edib. Flaqman rəhbərliyi isə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu prinsipial rəqibinin sərəncamına verməyə hazır olduqlarını bildirib. Amma bu zaman nominal meydan sahibi qismində "Xəzər Lənkəran"ın çıxış etməsi şərti irəli sürülüb. Lənkəranlılar bu şərti qəbul etməyiblər.   

Son xəbərlər

Orphus sistemi