"Xəzər Lənkəran" - "Qəbələ" matçlarının stadionu və başlama saatı müəyyənləşib

"Xəzər Lənkəran" - "Qəbələ" matçlarının stadionu və başlama saatı müəyyənləşib Əsas və əvəzedici komandalar "Bayıl Arena"da üz-üzə gələcəklər
Futbol
2 Dekabr , 2014 12:37
Xəzər Lənkəran - Qəbələ matçlarının stadionu və başlama saatı müəyyənləşib

Bakı. 2 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu futbol üzrə Topaz Premyer Liqasının XV turunda "Qəbələ" komandası ilə keçirəcəyi oyunların stadionunu müəyyənləşdirib. Klubdan "Report"a verilən məlumata görə, həm əsas, həm də əvəzedici komandalar arasındakı görüş Bakıdakı "Bayıl Arena"da baş tutacaq. 

Əsas komandalar dekabrın 7-də saat 17:00-da, əvəzedicilər isə bundan bir gün tez - saat 14:00-da üz-üzə gələcəklər. Cənub təmsilçisini bu addıma "Xəzər Lənkəran" Mərkəzi stadionunun ot örtüyündə aparılan təmirdən sonra yağışlı hava şəraitində sıradan çıxma təhlükəsi vadar edib. 

Qeyd edək ki, daha öncə Lənkəran komandası "Neftçi" ilə Premyer Liqanın XIII tur matçını da Bakıda keçirib. Oyun "Dalğa Arena"da təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi