"Xəzər Lənkəran" klubunun futbolçusuna göstərilmiş vərəqə 3 aydan sonra ləğv edilib

"Xəzər Lənkəran" klubunun futbolçusuna göstərilmiş vərəqə 3 aydan sonra ləğv edilib Qalin İvanov növbəti turda meydana çıxa biləcək
Futbol
28 Noyabr , 2014 15:16
Xəzər Lənkəran klubunun futbolçusuna göstərilmiş vərəqə 3 aydan sonra ləğv edilib

Bakı. 28 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Xəzər Lənkəran" klubunun futbolçusu Qalin İvanova avqustun 29-da göstərilmiş sarı vərəqəni ləğv edib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran” Apellyasiya və Ekspert Komitəsinə (AEK) müraciət edərək, Topaz Premyer Liqasının IV turunda “İnter” komandası ilə ev matçında futbolçu Q.İvanova göstərilmiş sarı vərəqənin düzgün olmadığını və ləğvini xahiş edib. 

Öz növbəsində AEK məsələyə baxılması üçün İntizam Komitəsinə (İK) müraciət edib. İK matçın videoyazısına baxdıqdan və AFFA Hakimlər Komitəsi sədrinin bu epizodla bağlı rəyindən sonra klubun mövqeyini haqlı sayıb. Qərara alınıb ki, matçın 59-cu dəqiqəsində Q.İvanova göstərilmiş sarı vərəqə ləğv olunsun. Səbəb kimi baş hakim Əliyar Ağayevin epizodu duzgün qiymətləndirməməsi göstərilib. 

Qeyd edək ki, Q.İvanov Premyer Liqanın XIII turunda "Neftçi" ilə oyun zamanı növbəti dəfə sarı vərəqə alaraq cəzalı duruma düşüb. Amma AFFA İntizam Komitəsinin qərarından sonra bolqarıstanlı legioner növbəti turda meydana çıxa biləcək. 

Son xəbərlər

Orphus sistemi