​"Xəzər Lənkəran" klubunun futbolçusunun yaddaşı itib

​"Xəzər Lənkəran" klubunun futbolçusunun yaddaşı itib Futbolçunun yaddaşı 4 saatdan sonra bərpa olunub
Futbol
19 May , 2015 11:35
​Xəzər Lənkəran klubunun futbolçusunun yaddaşı itib

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXXIV turunda Bakının AZAL klubu ilə oyun zamanı "Xəzər Lənkəran"ın futbolçusu Tural Cəlilovun yaddaşı itib. Klubdan "Report"a verilən məlumata görə, matçın 89-cu dəqiqəsində zədələnən müdafiəçi özünü yaxşı hiss etməyib.

Nəticədə o, Mahsun Qənbərli ilə əvəzlənib. 29 yaşlı futbolçunun yaddaşı 4 saatdan sonra bərpa olunub. Klubun tibbi heyətinin yardımından sonra T.Cəlilov əvvəlki vəziyyətinə qayıdıb.

Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Son xəbərlər

Orphus sistemi