"Xəzər Lənkəran" keçmiş futbolçusunu geri qaytarıb

"Xəzər Lənkəran" keçmiş futbolçusunu geri qaytarıb Baxışda 8 futbolçu var
Futbol
20 Yanvar , 2016 16:49
Xəzər Lənkəran keçmiş futbolçusunu geri qaytarıb

Bakı. 20 yanvar. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu keçmiş futbolçusu Tural Cəlilovu geri qaytarıb. Klubdan "Report"a verilən məlumata görə, 30 yaşlı müdafiəçi bu gündən komanda ilə məşqlərə qoşulub. 

Baş məşqçi Elbrus Məmmədovun rəhbərliyi altında baş tutan çalışmalarda hazırda 8 futbolçu da sınanır. Onların arasında Nodar Məmmədov, Mirzağa Hüseynpur, Orxan Səfiyaroğlu, Ruslan Cəfərov və I Divizion komandaları "Turan Tovuz"la Qusar "Şahdağ"ının oyunçuları da var. Baxışda olanlar barədə yekun qərar yanvarın 22-də və 25-də keçiriləcək yoxlama matçlarından sonra veriləcək.  

Qeyd edək ki, "Xəzər Lənkəran" rəhbərliyi yanvarın 17-də Elvin Mirzəyev və Kazım Kazımlını daxili nizam-intizam qaydalarını pozduğu üçün qovub, Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadəni transferə çıxarıb. Tural Cəlilov isə qış fasiləsində maliyyə problemləri ilə əlaqədar klubu tərk edib.

Son xəbərlər

Orphus sistemi