"Xəzər Lənkəran"ın taleyinə aydınlıq gətirəcək iclasın tarixi açıqlanıb

"Xəzər Lənkəran"ın taleyinə aydınlıq gətirəcək iclasın tarixi açıqlanıb Klubun fəaliyyətini dayandıracağı da istisna deyil
Futbol
27 May , 2016 11:51
Xəzər Lənkəranın taleyinə aydınlıq gətirəcək iclasın tarixi açıqlanıb

Bakı. 27 may. REPORT.AZ/ "Xəzər Lənkəran" futbol klubunun taleyinə mayın 30-da aydınlıq gələcək. Klubdan "Report"a verilən məlumata görə, bazar ertəsi keçiriləcək daxili toplantıda komandanın gələcək fəaliyyəti müzakirə olunacaq. 

2015-2016 mövsümünün yekunlarına əsasən, "ağ-yaşıllar"ın Azərbaycan Premyer Liqasında 10 komanda arasında sonuncu yeri tutublar. Reqlamentə əsasən, bu halda klub növbəti mövsüm I Divizionda mübarizə aparmalıdır. Üstəlik, AFFA Lisenziya Komissiyası "Xəzər Lənkəran"a Premyer Liqada iştirak üçün lisenziya verməyib. Klub sənədlərindəki çatışmazlıqları mayın 30-dək aradan qaldırmalıdır. 

Klubdan bildirilib ki, iclasda komandanın Premyer Liqada iştirak üçün lisenziya sənədlərini AFFA-ya təqdim etmə və ya fəaliyyətini dayandırma qərarını verəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi