​"Xəzər Lənkəran"ın stadionu su altında qalıb

​"Xəzər Lənkəran"ın stadionu su altında qalıb "Xəzər Lənkəran" və AZAL komandaları arasında nəzərdə tutulan matç təxirə salına bilər
Futbol
17 Oktyabr , 2015 12:23
​Xəzər Lənkəranın stadionu su altında qalıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VIII turunda "Xəzər Lənkəran" və AZAL komandaları arasıında nəzərdə tutulan matç təxirə salına bilər. Lənkəran klubundan "Report"a verilən məlumata görə, səbəb dörd gündür yağan aramsız yağışların şəhər stadionunu bərbad vəziyyətə salmasıdır.

Şəhərin bəzi yerlərinə sel gəlib, stadionun yanından keçən Lənkəran çayı dolub-daşmaq üzrədir. Sabah AFFA nümayəndələri Lənkərana gedərək stadiondakı ümumi vəziyyətlə tanış olacaqlar. Onların rəyindən sonra oyunun keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL görüşünün start fitinin oktyabrın 18-də saat 18:00-da çalınması nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi