Bakı. 3 avqust. REPORT.AZ/ İdman Arbitraj Məhkəməsi (CAS) "Xəzər Lənkəran"ın şikayətinə baxıb. Report"un məlumatına görə, CAS FİFA-nın kluba qoyduğu transfer qadağasını qüvvədə saxlayıb.
Qərara əsasən, qadağa avqustun 31-dək davam edəcək. Başqa sözlə, "Xəzər Lənkəran" Azərbaycan Premyer Liqasının ilk turlarında "İnter" və "Rəvan"la ev, "Sumqayıt"la səfər matçlarında yeni transferlərinin xidmətindən yararlana bilməyəcək. Klub belə ağır və çətin durumdan çıxa biləcəyinə əminlik ifadə edib.
Qeyd edək ki, "Xəzər Lənkəran" 2011-ci ilin yayında transfer olunmuş və heç bir oyunda forma geyinmədən komandadan göndərilmiş bosniya və herseqovinalı futbolçu Veldin Muharemoviçin şikayətindən sonra transfer qadağasına məruz qalıb.