"Neftçi"nin həmin ölkədən olan yarımmüdafiəçisi Culius Vobay yığmaya çağırılmayıb. Klubdan "Report"a verilən məlumata görə, bununla bağlı Sierra Leone Futbol Assosiasiyasından məktub daxil olmayıb.
Qeyd edək ki, Sierra Leone millisi Fil Dişi Sahili ilə noyabrın 14-də, Konqo Demokratik Respublikası ilə noyabrın 19-da üz-üzə gələcək.