​"Xəzər Lənkəran"ın 3 futbolçusu "Simurq"la oyunu buraxacaq

​"Xəzər Lənkəran"ın 3 futbolçusu "Simurq"la oyunu buraxacaq Cahangir Həsənzadə, Uğur Pamuk və Ağabala Ramazanov zədəlidir
Futbol
1 Noyabr , 2014 14:58
​Xəzər Lənkəranın 3 futbolçusu Simurqla oyunu buraxacaq
Bakı. 1 noyabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu futbol üzrə Topaz Premyer Liqasının XI turunda "Simurq"la keçirəcəyi ev oyununa itkilərlə çıxacaq. Klubdan "Report"a verilən məlumata görə, qapıçı Cahangir Həsənzadə, müdafiəçi Uğur Pamuk və hücumçu Ağabala Ramazanov görüşə çıxa bilməyəcək.

Hər 3 oyunçu zədəlidir. Həsənzadə gələn həftədən komanda ilə birgə məşqlərə başlayacaq, Pamuk və Ramazanovun dönüşü isə bir qədər yubanacaq.

Qeyd edək ki, noyabrın 2-də keçiriləcək "Xəzər Lənkəran" - "Simurq" oyunu saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi