​"Xəzər Lənkəran"ı son 3 oyuna çıxaracaq məşqçi müəyyənləşib

​"Xəzər Lənkəran"ı son 3 oyuna çıxaracaq məşqçi müəyyənləşib Baş məşqçi səlahiyyətləri Ağadadaş Həmidova tapşırılıb
Futbol
7 May , 2016 22:51
​Xəzər Lənkəranı son 3 oyuna çıxaracaq məşqçi müəyyənləşib

Bakı. 7 may. REPORT.AZ/ "Xəzər Lənkəran" futbol klubunun rəhbərliyi Elbrus Məmmədovun baş məşqçi postundan istefasını qəbul edib. "Report"un məlumatına görə, klub E.Məmmədovun "Kəpəz"lə Azərbaycan Premyer Liqasının XXXIII tur qarşılaşmasından sonra istefada israrlı olmasından sonra onun gedişinə razılıq verib.

Bununla belə, mövsümün sonuna cəmi 3 tur qalmış atılan addım klub rəsmiləri üçün də gözlənilməz olub. Artıq 4 gündən sonra - mayın 11-də klubu "İnter"lə çətin səfər matçı gözləyir. Bu səbəbdən, baş məşqçi səlahiyyətləri Ağadadaş Həmidova tapşırılıb. 

Komandanı sabahkı məşqə çıxaracaq A.Həmidov bu təyinatadək köməkçi-məşqçi kimi çalışıb. O, Azərbaycanın müstəqil çempionatı keçirilməyə başladıqdan sonra Lənkəranın ilk təmsilçisi "Xəzər"in baş məşqçisi olub. Amma hazırkı "Xəzər Lənkəran"ın həmin "Xəzər"lə hüquqi bağlılığı yoxdur. 

Qeyd edək ki, "Xəzər Lənkəran" hazırda 14 xalla 9-cu pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi