​Xaqani Məmmədovun rüşvət qalmaqalı ilə bağlı AFFA-da komissiya yaradılıb

​Xaqani Məmmədovun rüşvət qalmaqalı ilə bağlı AFFA-da komissiya yaradılıb Komissiyanın üzvlərinin adları məxfi saxlanılır
Futbol
16 Noyabr , 2015 18:16
​Xaqani Məmmədovun rüşvət qalmaqalı ilə bağlı AFFA-da komissiya yaradılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ 2001-ci avqustun 23-də Xorvatiya "Osiyek"i ilə Latviya "Dinaburq"u arasında keçirilmiş UEFA Kubokunun təsnifat mərhələsinin oyununda azərbaycanlı hakimlər briqadasının davranışı ilə əlaqədar 5 nəfərdən ibarət komissiya yaradılıb.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, komissiyanın üzvlərinin adları məxfi saxlanılır.

Qeyd edək ki, 2001-ci ildə, avqustun 23-də UEFA Kubokunun "Osiek" (Xorvatiya) və "Dinaburq" (Latviya) arasındakı cavab matçında Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədov və Xaqani Məmmədovdan ibarət azərbaycanlı hakimlər briqadasına oyunun nəticəsini dəyişmək üçün rüşvət təklif edildiyi iddia olunur. 

Son xəbərlər

Orphus sistemi