WADA: "Dopinq-testlərdən 1,36 faizinin nəticəsi müsbət olub"

WADA: "Dopinq-testlərdən 1,36 faizinin nəticəsi müsbət olub" Futbolda 144 dopinq-test müsbət nəticələnib
Futbol
7 Oktyabr , 2015 17:51
WADA: Dopinq-testlərdən 1,36 faizinin nəticəsi müsbət olub

Bakı. 7 oktyabr. REPORT.AZ/ Ümumdünya Antidopinq Agentliyi (WADA) ötən illə bağlı statistik məlumatları açıqlayıb. "Report"un məlumatına görə, 2014-cü ildə aparılmış 283 304 dopinq-testin 3 886-nın nəticəsi müsbət olub.

Həmin rəqəm ümumi testlərin 1.36%-ni təşkil edir. Bu isə əvvəlki illərlə müqayisədə dopinq hadisələrinin 10% azaldığını göstərir.

Agentlik ötən il ərzində ən çox dopinq testini futbolda keçirib. 31 min 242 yoxlamadan 144-nün nəticəsi müsbət olub.

Son xəbərlər

Orphus sistemi