Vitali Mutko futbol üzrə Rusiya yığmasının Türkiyədə yoldaşlıq oyunu keçirəcəyini təsdiqləyib

Vitali Mutko futbol üzrə Rusiya yığmasının Türkiyədə yoldaşlıq oyunu keçirəcəyini təsdiqləyib RFİ rəhbəri: "Məncə, gedəcəyik"
Futbol
5 Avqust , 2016 15:27
Vitali Mutko futbol üzrə Rusiya yığmasının Türkiyədə yoldaşlıq oyunu keçirəcəyini təsdiqləyib

Bakı. 5 avqust. REPORT.AZ/ Futbol üzrə Rusiya yığma komandası yoldaşlıq oyunu üçün Türkiyəyə gedəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib.

"Türkiyə milli komandasının növbəti oyunu Xorvatiya yığmasına qarşıdır. Onlar bizdən Türkiyəyə getməyimizi xahiş edir və məncə, gedəcəyik", - deyə V.Mutko jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyə KİV-i Türkiyə və Rusiya yığmalarının avqustun 31-də Türkiyənin Antalya şəhərində yoldaşlıq oyununda qarşılaşacağını xəbər vermişdi. Bu görüşün keçirilməsi Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinə daxildir.

Son xəbərlər

Orphus sistemi