​"Vilyarreal" baş məşqçisini istefaya göndərib

​"Vilyarreal" baş məşqçisini istefaya göndərib Qarsiya Toral ilə yanaşı iki məşqçi də düşərgəni tərk edib
Futbol
11 Avqust , 2016 02:23
​Vilyarreal baş məşqçisini istefaya göndərib

Bakı. 11 avqust. REPORT.AZ/ İspaniyanın "Vilyarreal" futbol klubu baş məşqçi Marselino Qarsiya Toralı istefaya göndərib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, komandanı, həmçinin məşqçilər Ruben Uria və İsmayıl Fernandes də tərk edib. Yeni baş məşqçinin adı yaxın saatlarda açıqlanacaq.

Toral "Vilyarreal"a 2013-cü ildən məşqçilik edib. Klub ötən mövsüm İspaniya çempionatında 4-cü yeri tutub və Çempionlar Liqasının "play-off" mərhələsində iştirakı özünə təmin edib.

Son xəbərlər

Orphus sistemi