​Viktor Valdesin Türkiyəyə gələcəyi tarix açıqlanıb

​Viktor Valdesin Türkiyəyə gələcəyi tarix açıqlanıb "Biz Valdesə rəsmi təklifimizi göndərmişik"
Futbol
10 İyul , 2015 21:37
​Viktor Valdesin Türkiyəyə gələcəyi tarix açıqlanıb

Bakı. 10 iyul. REPORT.AZ/ Türkiyənin "Antalyaspor" klubunun prezidenti Gültekin Gencer bu gün keçirdiyi mətbuat konfransında bir çox məsələlərə aydınlıq gətirib. "Report"un məlumatına görə, Eto O-nun komandaya cəlb olunmasından danışan klub rəsmisi qapıçı Viktor Valdes haqda da fikilərini bildirib.

O, deyib ki, Valdes "Antalyaspor"da çıxış etmək istəyir: "Biz Valdesə rəsmi təklifimizi göndərmişik. Qiymət məsələsini də təsdiqlədikdən sonra onun şənbə günü Türkiyəyə gəlməsi üçün heç bir problem olmayacaq. Sadəcə qiymət məsələsində bizim təsdiqimiz lazımdır".

Son xəbərlər

Orphus sistemi