Bakı. 27 oktyabr. REPORT.AZ/ İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Vest Hem" - "Çelsi" matçı (2:1) azarkeşlər arasında toqquşma ilə yadda qalıb.
"Report" xəbər verir ki, oyunun son dəqiqələrində fanatlar plastik oturacaqları çıxardaraq bir-birilərinə atmağa başlayıblar.
Ardınca dava daha da kütləvi hal alıb və artıq butulka, dəmir pul və digər əşyalar havada uçuşub. Stüardlar vəziyyəti nəzarət altında saxlaya bilmədikləri üçün ayrı-ayrılıqda bir neçə toqquşma baş verib.