Vəli Qasımov: "Şota Arveladzenin "Neftçi"yə gələcəyi düzgün məlumat deyil"

Vəli Qasımov: "Şota Arveladzenin "Neftçi"yə gələcəyi düzgün məlumat deyil" "Sözün düzü, transferlə bağlı hələlik heç bir iş görmürük"
Futbol
24 May , 2016 18:33
Vəli Qasımov: Şota Arveladzenin Neftçiyə gələcəyi düzgün məlumat deyil

Bakı. 24 may. REPORT.AZ/ "Bizi çətin oyun gözləyir. "Qarabağ" bu gün Azərbaycanın ən yaxşı komandasıdır. Bizdə isə yaxşı gələcəyi olan futbolçular var". "Report"un məlumatına görə, bunu "Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov Azərbaycan Kubokunun finalında "Qarabağ"la keçiriləcək görüşdən öncə jurnalistlərə açıqlamasında deyib.

V.Qasımov həlledici görüş haqda bunları bildirib: "Futbolçularıma inanıram. Onlar qələbə üçün hər şeylərini verəcəklər. Çempionatın sonlarına yaxın stabil oyun göstərirdik. Komanda daxilində sistem yaratmağı bacardıq. Oyunun favoriti "Qarabağ"dır. Ancaq mən də komandamın potensialına bələdəm. Futbolçular səhv etməsə, qələbə qazana biləcəyik. Bu gün kubok qazanmaq üçün inam və istəyimiz çoxdur. Ayltonun olmaması komandaya təsir edəcək. Onun olmamağı çətinlik yaradır. Hələ heyəti dəqiqləşdirməmişik, amma Ayltonu kimin əvəzləyəcəyini təxmini dəqiqləşdirmişik. Bizim fiaskomuz çempionatın əvvəlindən başladı. Son turlarda oyunumuzu tapdıq. "Neftçi"nin kubok istəyi daha çoxdur. Fikrimcə "Qarabağ" kuboku udduğu üçün meydançaya daha rahat çıxacaq. Futbolçu kimi "Spartak"la kubok qazanmışam, istəyirəm məşqçi kimi də uğur qazanım".

Baş məşqçi gürcüstanlı mütəxəssis Şota Arveladzenin "Neftçi"yə gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Bildiyim qədər düzgün məlumat deyil. Bu mətbuatda yazılan bir məlumatdır. Kamran Ağayevin "Neftçi"yə keçməsi ilə bağlı yayılan məlumatlara gəlincə, bundan xəbərim yoxdur. Sözün düzü, transferlə bağlı hələlik heç bir iş görmürük. Uşaqlarla danışmamışıq. Final oyunundan sonra danışıqlara başlayacağıq".

Qeyd edək ki, mayın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi