​Vəli Qasımov: "Bu rəqibi keçsək, ola bilsin qrupda oynayaq"

​Vəli Qasımov: "Bu rəqibi keçsək, ola bilsin qrupda oynayaq" Bir neçə qol imkanlarımız olsa da yararlana bilmədik
Futbol
14 İyul , 2016 22:06
​Vəli Qasımov: Bu rəqibi keçsək, ola bilsin qrupda oynayaq

Bakı. 14 iyul. REPORT.AZ/ "Mərhələni keçmək çətin olacaq. Bu rəqibi keçsək, ola bilsin qrupda çıxış edək". "Report"un məlumatına görə, bunu "Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" komandası ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi qolsuz başa çatan matç haqda bunları bildirib: "Demək olar ki, "Neftçi" ehtiyat oyunçular skamyasında oyunçu azlığından əziyyət çəkdi. Komanda həm fərdi, həm də komanda şəklində oynayır. Bir neçə qol imkanlarımız oldu. Amma yararlana bilmədik. Bu da bəzi məqamlarda futbolçuların ustalıq səviyyələrinin çatmaması ilə əlaqədardır. Təcrübəli futbolçular lazımı anda top saxlayıb, qapıya zərbə vurmağa imkan axtarırdılar. İstəyirdik müdafiədə yaxşı çıxış edək, buna da nail olduq və top buraxmadıq. Bu gün Azərbaycan futbolunda çoxları müdafiədə oynamağı xoşlamırlar. Bizim oyunda da geri qayıtmağa çətinlik çəkirdilər. Bəzi məqamlarda futbolçulara tələsməməyi deyirdim. Ancaq bu vaxt aparmaq üçün atılan addım deyildi".

Qeyd edək ki, "Neftçi" - "Şkendiya" oyunu 0:0 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi