​Vaqif Sadıqov: "Bakıdakı Avropa çempionatında nəyə qadir olduğumuzu sübut etməliyik"

​Vaqif Sadıqov: "Bakıdakı Avropa çempionatında nəyə qadir olduğumuzu sübut etməliyik" "Hamılıqla dəstək nümayiş etdirməliyik"
Futbol
27 Aprel , 2016 12:02
​Vaqif Sadıqov: Bakıdakı Avropa çempionatında nəyə qadir olduğumuzu sübut etməliyik

Bakı. 27 aprel. REPORT.AZ/ "Təbriz Həsənov planlı şəkildə işləyir. Demək olar ki, hazırlığın son mərhələsinə qədəm qoyub". Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının Bakıda keçiriləcək Avropa çempionatına hazırlığı barədə danışarkən deyib.

V.Sadıqov rəhbərlik etdiyi komitənin baş məşqçi Təbriz Həsənovun rəhbərlik etdiyi milliyə lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib: "Bu komandada oturuşmuş heyət var. Yığmamız heç nədən çəkinmir. Futbol oynaya bilirik. Bu futbolçulara belə şans verilibsə, istifadə etmək lazımdır. Bütün futbol ulduzları bu turnirdə parlayır. AFFA rəhbərliyi U-17 üçün lazım olan bütün şəraiti yaradıb. Biz də öz növbəmizdə hamılıqla dəstək nümayiş etdirməliyik".

Komitə sədri hazırkı U-17 yığmasının əvvəlkindən fərqləndiyini söyləyib: "Təbii ki, əvvəlki nəsil seçilirdi. Ancaq indiki komandada potensial böyükdür. Təbriz Həsənov 1994-1995 təvəllüdlü futbolçulardan ibarət U-17-nin daha güclü olduğunu deyib. Hesab edirəm ki, bu, Təbriz müəllimin taktiki gedişidir. O, futbolçuları arxayınlaşdırmamaq üçün belə açıqlama verib. Biz Şotlandiya, Belçika və Portuqaliya ilə qrup oyunlarında nəyə qadir olduğumuzu sübut etməliyik. İnanıram ki, yeniyetmə futbolçulardan ibarət millimiz bizi sevindirəcək".

Qeyd edək ki, Avropa çempionatı 5 - 21 mayda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi